6 dövlət orqanı işçi axtarır
Bizi izləyin

Qırmızı.az

6 dövlət orqanı işçi axtarır

Azərbaycanda dövlət orqanlarında vakant olan 23 yer üzrə ümumi müsahibə elan edilib.


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Publika.az-a verilən məlumata görə, Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.

Həmin dövlət orqanları bunlardır:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (16 vəzifə üzrə 16 yer)

Mədəniyyət və Turizm Nazirliyi (2 vəzifə üzrə 2 yer)

Maliyyə Nazirliyi (1 vəzifə üzrə 1 yer)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (1 vəzifə üzrə 1 yer)

Bakı Ağır Cinayətlər Məhkəməsi (1 vəzifə üzrə 1 yer)

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi (1 vəzifə üzrə 2 yer)


Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini sentyabrın 3-dın 22-dək saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.


Qeyd edək ki, ümumi müsahibəyə 6 dövlət orqanında 22 vəzifə üzrə 23 vakant yer çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm