Avtomobil oğrusu tutuldu
Bizi izləyin

Qırmızı.az

Avtomobil oğrusu tutuldu

Paytaxta avtomobilləri qaçıran Bakı şəhər sakini tutulub. Yasamal Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 37 yaşlı Fuad Əsədov Hüseyn Cavid prospektindən Rahib Səfərova məxsus "VAZ-2107" markalı avtomobili qaçırıb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının və 28-ci polis bölməsinin əməliyatçılarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onun Nəsimi rayonu Q.Quliyev küçəsində Zarema Sarbəyovaya məxsus "Chevrolet-Aveo" markalı avtomobili qaçırdığı da ortaya çıxıb.

Avtomobildən oğurlanmış hər iki maşının dövlət nömrə nişanı da aşkar edilib.


Faktla bağlı cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm