Sərin hava şəraiti davam edəcək
Bizi izləyin

Qırmızı.az

Sərin hava şəraiti davam edəcək

Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 29-34 dərəcə isti olacaq.


Azərbaycanın əksər rayonlarında sentyabrın 4-də hava əsasən yağmursuz keçəcək, lakin dağlıq ərazilərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm