Şaxtalı və qarlı hava şəraiti davam edəcək
Bizi izləyin

Qırmızı.az

Şaxtalı və qarlı hava şəraiti davam edəcək

Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, gün ərzində bəzi ərazilərdə qısamüddətli zəif qarın yağması ehtimal olunur.

Günün ikinci yarısında cənub-qərb küləyi əsəcək. Şaxtalı hava şəraiti davam edəcək.

Havanın temperaturu gecə 6-8 dərəcə şaxta, səhər 3-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta, bəzi ərazilərdə 1 dərəcəyədək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında fevralın 4-də hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Lakin Lənkəran-Astara zonasında qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 15-20 dərəcə şaxta, gündüz 4-9 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Tibbi meteoroloji proqnoza görə, fevralın 6-dək Abşeron yarımadasında soyuq və diskomfort şərait meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm