Dördüncü mobil operatora lisenziya verildi
Bizi izləyin

Qırmızı.az

Dördüncü mobil operatora lisenziya verildi

Azərbaycanda daha bir mobil operatora lisenziya verildi. Publika.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Naxçıvan Muxtar Respublikasının CDMA simsiz rabitə standartı operatoru "Naxtel" şirkətinə LTE (Long Term Evolution) şəbəkəsinin açılması üçün tezliklərdən istifadəyə icazə verib. Bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.

Nazir bildirib ki, operator RYTN-ə Azərbaycan ərazisində öz fəaliyyətini genişləndirməklə bağlı icazə alınması üçün müraciət edib.

Ə.Abbasovun sözlərinə görə, hələlik mobil xidmət bütün ölkə ərazisində xidmət göstərməyəcək: "Biz ilkin mərhələdə onun fəaliyyətini daxili rouminq əsasında təmin etmək niyyətindəyik. Daha sonra mobil rabitə xidmətinin bütün Azərbaycan ərazisində açılması məsələsinə baxılacaq".

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm