Dava ilə bağlı "Oazis"dən AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Dava ilə bağlı "Oazis"dən AÇIQLAMA

Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən məşhur “Oazis” restoranında düşən dava ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb.

Restoranın inzibatçısı İlkin Qurbanov Publika.az-a bildirib ki, mübahisə restoranda təşkil olunan ziyafətdə baş verib. Ad günü keçirmək məqsədilə bir masada əyləşən 8 nəfər oğlan digər masada əyləşən xanım müştərilərə söz ataraq onları narahat etməyə başlayıb. Hadisə baş verəndə onlar sərxoş olublar. Xanımlar tanımadığı şəxslərin onlara qarşı kobud davranması və onları narahat etməsi ilə bağlı restoranın mühafizəçilərinə məlumat veriblər. Restoranın işçiləri məsələni aydınlaşdırmaq istəyərkən olay daha da böyüyüb və kütləvi davaya çevrilib.

Restoranın inzibatçısı İlkin Qurbanovun sözlərinə görə, hadisə zamanı restorana xeyli ziyan dəyib. Masadakı boşqablar və pəncərələr sınıb. İşçilərdən 3 nəfər xəsarət alıb.

Binəqədi Rayon Polis İdarəsindən isə bildirilib ki, hadisə zamanı müştərilər və restoranın mühafizəçiləri də daxil olmaqla, cəmi 8 nəfər xəsarət alıb. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 2 nəfərin isə müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm