• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Tovuzun uzaq dağ kəndi Qaradaşda yeni məktəb binasının açılışı oldu

Tovuzun uzaq dağ kəndi Qaradaşda yeni məktəb binasının açılışı oldu

Millət vəkili Qənirə Paşayeva Tovuzun uzaq dağ kəndi Qaradaşda məktəbin yeni binasının açılışında iştirak edib.

Tovuz rayonunun uzaq dağ kəndi olan Qaradaş kəndində yeni məktəb binası istifadəyə verildi. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, ziyalılar, müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər.

Mərasimdə iştirak edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Son on ildə təkcə Tovuzun uzaq dağ kəndlərində də yeni məktəb binalarının tikilib, əsaslı təmir edildiyini deyən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bu il də Tovuzda bir neçə məktəbin tikildiyini və bir neçə məktəbin əsaslı təmir oldunduğunu deyib.

Yeni məktəb binasının istifadəyə verilməsi və qarşıdan gələn yeni dərs ili münasibətilə məktəbin bütün müəllim və şagird heyətini təbrik edən millət vəkili Qənirə Paşayeva Tovuzun ən uzaq dağ kəndlərində də müasir standartlara uyğun bu cür məktəblərin tikilərək istifadəyə verilməsini əlamətdar hadisə adlandırıb və bu cür uzaq dağ kəndlərində yaşayan şagirdlərin daha həvəslə təhsil alacaqlarına və onların təhsil göstəricilərinin ilbəil daha da artacağına inamını ifadə etdi. Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının müsbət hal olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva bunun ölkəmizdə hər zaman təhsilə dövlət səviyyəsində göstərilən diqqətin və qayğının nəticəsi olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva məktəbin bütün müəllim və şagird heyətini yeni dərs ilinin başlanması münasibəti ilə bir daha təbrik edib və onlara uğurlar arzulayıb.

Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, çıxış edən məktəbin müəllim kollektivi Tovuza və rayonda təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Rəmzi qırmızı lent kəsildikdən sonra məktəb binasına baxış oldu və məktəbin kollektivi, müəllim və şagird heyəti ilə və kənd sakinləri ilə geniş söhbət və müzakirələr olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR