Sinoptiklərdən xoş xəbər: Bu gün hava yağmursuz olacaq
Bizi izləyin

Qırmızı.az

Sinoptiklərdən xoş xəbər: Bu gün hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, gün ərzində bəzi ərazilərdə qısamüddətli zəif qar ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, gün ərzində bəzi ərazilərdə qısamüddətli zəif qar ehtimal olunur.

Havanın temperaturu gecə 6-8° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq.

Bakıda gecə 6-8° şaxta, gündüz 1° şaxtadan 1°-dək isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan xeyli yüksək 779 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 85-95 faiz təşkil edəcəkdir. Gecə və səhər yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında havanın, əsasən, yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

Havanın temperaturu gecə 11-16° şaxta, dağlıq ərazilərdə 18-20° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 15-20° şaxta, gündüz 4-9° şaxta təşkil edəcək.
Yollar buz bağlayacaq.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz olacaq.

Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində, əsasən, yağmursuz olacaq, lakin ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.

Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 15-20° şaxta, yüksək dağlıq ərazilərdə 20-25° şaxta, gündüz 5-10° şaxta təşkil edəcək.

Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında, əsasən, yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 1°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta təşkil edəcəkdir. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 6-dək Abşeron yarımadasında gözlənilən soyuq diskomfort şərait meteohəssas insanlar üçün əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət amildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm