• USD 1,7010 -0,01% EUR 1,9798 -0,21%
    • GBP 2,2140 -0,11% RUB 0,0284 0,00%

Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzalanacaq

Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzalanacaq

Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzalayacaq.

Şuradan AzərTAc-a bildirilib ki, imzalanma mərasimində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayer, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri Raynold Robben, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Buts və başqalarının iştirakı gözlənilir.

Qeyd edək ki, Almaniya-Azərbaycan Forumunun əsas məqsədi Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin gücləndirilməsidir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR