"Facebook" sosial şəbəkəsində problem yarandı
Bizi izləyin

Qırmızı.az

"Facebook" sosial şəbəkəsində problem yarandı

Sentyabrın 3-dən 4-ə keçən gecə "Facebook" sosial şəbəkəsində ciddi problemlər yaşanıb. İstifadəçilər bir müddət müvafiq şəbəkəyə daxil ola və onun xidmətindən yararlana bilməyiblər.

Publika.az-ın Bizimyol.info-ya istinadən məlumatına görə, "Facebook" sosial şəbəkəsində yaranmış problem qismən aradan qalxsa da, bir çox istifadəçilər hələ də öz hesablarına daxil olmaqda çətinlik çəkirlər. Baş verən problem təkcə Azərbaycanda deyil, bütün ölkələrdə eyni vaxtda yaranıb. Hələlik "Facebook"dan problemlə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, analoji hadisə iyun ayının 19-da olmuşdu. Bir neçə saat davam edən problemlə bağlı Facebook istifadəçilərindən üzr istəmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm