Ağdamda 8 min illik tikili aşkar edildi
Bizi izləyin

Qırmızı.az

Ağdamda 8 min illik tikili aşkar edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası Qarabağ düzənliyində - Ağdamın Xındırıstan kəndi ərazisində yerləşən İsmayılbəytəpə neolit dövrü yaşayış yerində arxeoloji tədqiqatlar aparır.

AMEA-dan AzərTAc-a bildiriblər ki, qazıntılar zamanı xeyli sayda arxeoloji mədəniyyət nümunələri - yaşı səkkiz min ilə yaxın olan tikili divarları, sapand daşları və təsərrüfat küpləri aşkarlanıb.

Arxeoloji qazıntılar zamanı 400 kvadratmetr sahədə eramızdan əvvəl VI minilliyin I yarısına aid olan memarlıq nümunələri üzə çıxıb.

Qarabağ neolit-eneolit ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xaqani Alməmmədovun sözlərinə görə, aşkar edilən artefaktlar nəinki Azərbaycan, bütün Qafqaz neoliti üçün mühüm yenilik hesab olunur. Tapıntılar arasında həcmi ənənəvi ölçülərdən daha böyük olan iki təsərrüfat küpü və 52 ədəd böyük sapand daşı vardır.

Qazıntı işləri ilə yanaşı, mütəxəssislər Ağdam, Ağcabədi və Bərdə rayonları ərazisində 30-dan çox arxeoloji abidəni elektron qeydiyyata alaraq xəritələşdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm