İşsizlərin 51,9 faizi gənclərdir
Bizi izləyin

Qırmızı.az

İşsizlərin 51,9 faizi gənclərdir

19 yaşa qədər qızlar arasında işsizilik səviyyəsi yüksəkdir – 15,9 faiz.

"Qafqazinfo" azadliq.info-ya istinadən məlumat verir ki, Dövlət Statistika Komitəsi 2013-cü ildə gənclərin sosial-iqtisadi vəziyyəti barədə hesabatı açıqlayıb. Sənədə əsasən, işsizlərin 51,9 faizi 15-29 yaşında vətəndaşlardır. Ölkədə iqtisadi aktiv əhalinin işsizlik səviyyəsi ilin əvvəlində 5 faiz olub. Gənclər arasında bu göstərici 9,9 faiz, o cümlədən kişilər arasında 8,2 faizdir.

2013-cü ildə bu göstərici 2012-ci ilə nisbətən 0,4 faiz azalıb. 19 yaşa qədər qızlar arasında işsizilik səviyyəsi yüksəkdir – 15,9 faiz. İlin əvvəli üçün iqtisadi aktiv əhalinin sayı 4 mln 757,8 min nəfər olub. Bunun 1 mln 239,8 nəfəri gənclərdir. DSK-ya görə, 19 yaşadək 15,4 min, 20-24 yaşında 63,8 min və 25-29 yaşında 43,8 min nəfər işsizdir.

Əhalinin 28,9 faizi gənclərdir. Onların 52 faizi şəhərlərdə, 48 faizi kəndlərdə yaşayır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm