Bakıda zəncirvari qəza: 6 maşın toqquşdu
Bizi izləyin

Qırmızı.az

Bakıda zəncirvari qəza: 6 maşın toqquşdu

Bakının Səbail rayonunda 6 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Publika.az Milli.Az-a istinadən bildirir ki, hadisə Neftçilər prospektindəki Dəniz vağzalının yaxınlığında qeydə alınıb.

Sürücü Pərviz Babazadə idarə etdiyi “Kia Sportage” markalı avtomaşınla prospektlə hərəkətdə olarkən yolun qadağan olunmuş hissəsində dayanan "Mercedes" markalı avtomobili vurmamaq üçün avtomobili sola çəkib. Sürət yüksək olduğundan idarəetməni itirən sürücü əvvəlcə avtomobili "Mercedes"ə çırpıb. Daha sonra yol kənarında dayanan, hələlik sürücüləri məlum olmayan “Jeep Grand Cherokee” və “Hyundai Elantra”nı vurub. Sonra isə yaşayış binasına çırpılıb. "Hyundai" isə qarşısında dayanan “Gelandewagen”ə, sonra isə "Ford Focus"a çırpılıb.

Hadisəyə səbəb olan "Mercedes"in və "Kia"-nın sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb olunublar. "Mercedes"in sürücüsünün vəziyyəti ağır olduğu üçün xəstəxanaya aparılıb. Yol nəqliyyat hadisəsində bütün avtomobillər yararsız hala düşüb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Mercedes"in sürücüsünün avtomobili yolun qadağan olunmuş hissəsində saxlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm