Atasının qisasını alan oğul tutuldu - TƏFƏRRÜATLAR (YENİLƏNİB - 2)
Bizi izləyin

Qırmızı.az

Atasının qisasını alan oğul tutuldu - TƏFƏRRÜATLAR (YENİLƏNİB - 2)

54 yaşlı Şaban Nəbiyevi qətlə yetirməkdə şübhəli bilinənn İlqar Quliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, saxlanılan şəxs 7 il əvvəl Şaban Nəbiyev tərəfindən qətlə yetirilən Ələsgər Quliyevin oğludur.

10:28

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınan silahlı insidentlə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Silahlı insident nəticəsində yaralanan 54 yaşlı Şaban Nəbiyev “Vinçestr” markalı silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Qarın və bud nahiyəsindən xəsarət alan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qaradağ Rayon Prokurorluğundan Publika.az-a bildirilib ki, hadisə qisas zəminində törədilib. Belə ki, mərhum Şaban Nəbiyev 2007-ci ildə rayon ərazisində iki nəfəri, Ələsgər Quliyevlə İntiqam Babayevi güllələyib. Qaradağ rayon sakini Ələsgər Quliyev aldığı xəsarət nəticəsində dünyasını dəyişsə də, İntiqam Babayev xəsarət alıb.

Törətdiyi ağır cinayətin müqabilində mərhum illərini həbsxanada keçirib. İki ay bundan əvvəl azadlığa çıxıb.

Prokurorluqdan bildirilib ki, hadisəni törədən şəxs saxlanılmasa da, onun kimliyi artıq istintaqa məlumdur. Lakin qaçıb gizləndiyinə və saxlanılmadığına görə, adı açıqlanmır. Sadəcə onun 7 il əvvəl Şaban Nəbiyev tərəfindən qətlə yetirilən Ələsgər Quliyevin yaxın qohumu olduğu bildirdilir.

Faktla bağlı cinayət işi başlanb. “Vinçestr” markalı silah istintaqa təhvil verilib.

10:20

Bakıda silahlı insident olub. Hadisə Qaradağ rayonunda qeydə alınıb. Qaradağ Rayon Polis İdarəsindən Publika.az-a bildirilib ki, 54 yaşlı Şaban Nəbiyev yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində güllələnib.

Yaralı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qarın nahiyəsindən güllələnən Şaban Nəbiyevin həyatı həkimlər tərəfindən xilas olunub.

Polisdən bildirilib ki, onun kim tərəfindən güllələndiyi məlum deyil. Bununla bağlı araşdırmalar aparılır.

Faktla bağlı cinayət işi açılıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm