Dərs ilinin başlanmasına hazırlıq
Bizi izləyin

Qırmızı.az

Dərs ilinin başlanmasına hazırlıq

Yeni dərs ilinin başlanması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC sentyabrın 10-dan sonra yerli istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşacaq. Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda QSC yeni dərs ilinin başlanması ilə əlaqədar (15 sentyabr) sərnişin axınının artmasına hazırlıq görür: "Sərnişin axınının çoxalması ilə əlaqədar sentyabrın 10-da regionlardan Bakıya və əks istiqamətdə hərəkət edən bütün reyslər üzrə qatarlara əlavə vaqonların qoşulması planlaşdırılır".

N.Əzməmmədov beynəlxalq reyslərə əlavə vaqonların qoşulmasının mümkünlüyünə dair suala cavab verərkən belə zərurətin olmadığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm