Məktəblərin qarşısında piyada zolaqları çəkiləcək
Bizi izləyin

Qırmızı.az

Məktəblərin qarşısında piyada zolaqları çəkiləcək

Yeni tədris mövsümünün başlanması ilə əlaqədar Bakıda təhsil müəssisələrinin qarşısında piyada keçidi olmayan yollarda şagirdlərin yolu rahat və təhlükəsiz keçmələri üçün piyada zolaqları çəkiləcək. Eləcə də hava şəraitinin təsiri altında silinmiş zolaqlar yenidən bərpa ediləcək.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov bildirib.


Bölmə rəisinin sözlərinə görə, hazırda həmin məktəblərin siyahısı müəyyənləşdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, yeni dərs ilinin başlanması ilə bağlı ali və orta məktəblərə yaxın küçə və prospektlərdə piyada zolaqları yenidən rənglənəcək.


P.Mürsəliyev qeyd edib ki, işlər bu gündən etibarən mərhələlərlə həyata keçiriləcək. (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm