Minik maşını motosikletlə toqquşdu
Bizi izləyin

Qırmızı.az

Minik maşını motosikletlə toqquşdu

Neftçala rayonunun Bankə qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Publika.az-a verilən məlumata görə, sentyabrın 3-də saat 18 radələrində Neftçala rayonunun Bankə qəsəbəsində qəsəbə sakini Rahim Hadıyevin idarə etdiyi "VAZ-21063" markalı avtomobillə Şirvanlı kənd sakini Hafiz Məcidovun idarə etdiyi "İJ-Yupiter" markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü H.Məcidov hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar Neftçala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm