Bacanaqlar arasında bıçaq "razborkası"
Bizi izləyin

Qırmızı.az

Bacanaqlar arasında bıçaq "razborkası"

Bakının Maştağa qəsəbəsində bacanaqlar arasında bıçaqlanma olub. Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Maştağa qəsəbə sakini 25 yaşlı Namiq Hacıağayev 22 yaşlı Natiq İsayevi bıçaqlayıb. Yaralı ağır bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Namiq Hacıağayev saxlanılıb. O, istintaqa verdiyi ifadəsində bildirib ki, Natiq onun bacanağı olub. Lakin sonradan yaranan ailədaxili problemlərlə əlaqədar o, həyat yoldaşından ayrılıb.

Faktla bağlı cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm