Xüsusi qabiliyyətə malik uşaqların müsahibəsi başa çatıb
Bizi izləyin

Qırmızı.az

Xüsusi qabiliyyətə malik uşaqların müsahibəsi başa çatıb

Xüsusi istedada malik uşaqlar üçün elan edilmiş müsahibələr artıq başa çatıb. Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunda məlumat verilib.

Müsabiqə iştirak edənlərin 3434 nəfər müsahibələrdə iştirak hüququ qazanıb. Müsahibələrdə iştirak edən uşaqların 1893 nəfəri I sinfə qəbul olub, 1541 nəfər isə müsahibədən keçə bilməyib. Artıq bütün ərizə təqdim edən şəxslərin müsahibələri bitib.

Qeydiyyatdan keçən, lakin üzrlü səbəblərdən müsahibələrdə iştirak edə bilməyən uşaqlar üçün sabah müsahibə keçiriləcək. Müsahibələrin isə sentyabr ayının 10-dək davam edəcəyi bildirilsə də, proses vaxtından əvvəl başa çatıb.

Qeyd edək ki, təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeçiliyində olan məktəblərə iyul ayının 20-dən başlayan elektron ərizələrin qəbulu avqust ayının 20-də başa çatıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm