Misir Mərdanov işdən çıxarılan direktor qohumundan DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Misir Mərdanov işdən çıxarılan direktor qohumundan DANIŞDI

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov onun xalası oğlu kimi təqdim olunan Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Novruz Dəmirovun işdən çıxarılmasına münasibət bildirib.

Sabiq nazir M.Mərdanov Publika.az-a açıqlamasında deyib:

“Birincisi, mənim Novruz Dəmirov adında xalam oğlu yoxdur. Digər tərəfdən isə, mən bu cür məlumatlara əhəmiyyət vermək istəmirəm. Dəqiqləşdirmədən məlumat yazırlar. Xahiş edirəm, mənim adım daha belə məsələlərdə hallandırılmasın”.

Xatırladaq ki, “Qafqazinfo”ya gimnaziyadan daxil olan məlumata görə, Misir Mərdanovun xalası oğlu, Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru Novruz Dəmirov işdən azad olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm