Təyyarə yerə çırpıldı, ölənlər var
Bizi izləyin

Qırmızı.az

Təyyarə yerə çırpıldı, ölənlər var

ABŞ-ın Tennesi ştatında təyyarə qəzası baş verib. Hadisə Neşvil şəhəri yaxınlığında baş verib. Məlumata görə, təyyarənin göyərtəsində 4 nəfər var idi ki, onların da hamısı həlak olub.

Həlak olanların şəxsiyyəti barədə heç bir məlumat yoxdur. “Gulfstream 690 C” təyyarəsi Kanzas ştatından Beynəlxalq Neşvil Hava limanına uçurdu. Hadisə dünən yerli vaxtla saat 17:00 radələrində baş verib.

Şahidlər bildiriblər ki, pilot Beynəlxalq Gənclər Xristian Təşkilatı və Qocalar evinin binası ilə toqquşmadan canını qurtarmağa müvəffəq olsa da, tikilinin təxminən 6 kilometrlik məsafəsində yerə çırpılıb. Çırpılma nəticəsində yerdə heç kim zərər çəkməyib. Amma təşkilatın binasında evakuasiya işləri aparılıb.

Hadisənin səbəbləri haqqında məlumat verilmir./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm