Nazirlik: Bütün məktəblər dərsliklərlə təmin olunacaq
Bizi izləyin

Qırmızı.az

Nazirlik: Bütün məktəblər dərsliklərlə təmin olunacaq

Təhsil Nazirliyi tərəfindən dərsliklərin böyuk bir qismi artıq rayon və şəhər təhsil şöbələrinə çatdırılıb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib. Qalan dərsliklərin çatdırılması prosesi sentyabrın 10-dək yekunlaşacaq.

Nazirlik həmçinin yeni tədris ili başlanana qədər məktəblərdə təmir və tikinti işlərinin başa çatdırılmasına da aydınlıq gətirib:

“2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə Bakı şəhərində 1 məktəbin, 2 rayonda isə 3 məktəbin tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Məktəblərin texniki vəziyyəti ilə əlaqədar Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır və tikintisinə və əsaslı təmirə ehtiyacı olan məktəblər Dövlət Proqramına salınır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm