Qırmızı.az
Nazir Lənkəranda polislərdən şikayətləri dinləyəcək
Daxili işlər naziri general-polkovnik Ramil Usubov Lənkəranda cənub bölgəsinin sakinlərinin qəbulunu və daxili işlər orqanlarında xidmətə qəbul olmaq istəyən şəxslərə sıra baxışı keçirəcək.
Daxili İşlər Nazirliyindən (DİN) Publika.az-a verilən məlumata görə, R.Usubov tərəfindən cari il sentyabrın 27-də Lənkəran şəhərində bölgə üzrə daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə aid məsələlərlə bağlı (kadr məsələsi istisna olmaqla) vətəndaşların qəbulu keçiriləcək.
Qəbulda yalnız Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik rayonunun sakinləri iştirak edə bilərlər.
Bundan əlavə, həmin gün nazir tərəfindən Lənkəran şəhərində bölgə üzrə keçiriləcək vətəndaşların qəbulu zamanı daxili işlər orqanlarında xidmətə qəbulla bağlı müraciət etmiş şəxslərin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasının həyətində düzülüşü də təşkil ediləcək.
Xidmətə qəbulla əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan, boy ölçüsü 180 sm (qadınlar üçün 170 sm), düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli, yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük stajı olan, kompüterdən istifadə etməyi bacaran, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO