Nazir Qəbələdə qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Nazir Qəbələdə qəbul keçirəcək

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 10-u saat 11:00-da, Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində (28 may küçəsi, 40) Qəbələ, Ağsu, İsmayıllı, Qobustan, Oğuz və Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt) - 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur:

1. Qəbələ rayon mədəniyyət və turizm şöbəsi - Nargilə Qafarova:
(02420) 5-09-82; (050) 677-84-10
2. Ağsu rayon mədəniyyət və turizm şöbəsi - Cavanşir Şeydazadə:
(050) 377-44-21; (02022) 6-39-74
3. İsmayıllı rayon mədəniyyət və turizm şöbəsi - Azər Abbasov:
(02028) 5-34-37; (050) 354-18-38
4. Qobustan rayon mədəniyyət və turizm şöbəsi - Şəhriyar Soltan:
(02024) 5-00-08; (050) 207-00-37
5. Oğuz rayon mədəniyyət və turizm şöbəsi - Ulduz Baxışova:
(02421) 5-24-06; (050) 547-18-14
6. Şamaxı rayon mədəniyyət və turizm şöbəsi - Məleykə Kamilova:
(0 2026) 5-31-48 (050) 523-42-23

Oxumağa davam et
Reklam
Reklam

Gündəm