“Bizi baş-başa qoymaq istəyirlər” – komitə sədrindən yeni AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Bizi baş-başa qoymaq istəyirlər” – komitə sədrindən yeni AÇIQLAMA

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Eldar İbrahimov son günlər istehlak bazarında daha çox aqrar məhsullarda qiymət artımının müşahidə olunması məsələsinə yenidən fikir bildirib.

Komitə sədri E.İbrahimov Publika.az-a açıqlamasında bir daha deyib ki, Azərbaycanın Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri bazara uyğun qiymətləri mütləq tənzimləməlidir:

“Əslində, mən o nazirliklərin fəaliyyətini pisləməmişəm. Sadəcə demişəm ki, bu məsələlər tənzimlənməlidir. İndi deyirəm ki, Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri bazara uyğun qiymətləri tənzimləməlidir. Məgər bu pisləmək deməkdir? Kimin nə deməsindən asılı olmayaraq mən indi də fikrimdə dayanıram. Əlbəttə, bazar tənzimlənməlidir. Bazarı da tənzimləyən qurumlar Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləridir. Bu qurumlar hər həftənin şənbə və bazar günləri bazar yarmarkası təşkil edirlər və qiymətlər ucuz olur. Nə üçün? Çünki ora fermerlər kənddən öz məhsullarını gətirib satırlar və buna şərait yaradılır və qiymətlər də ucuz olur. Deməli, bunu hər gün bazarlarda da təşkil etmək mümkün olar. Bunu kim etməlidir? Əlbəttə ki, Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri etməlidir. Məgər bu nazirliklərin adını çəkirəmsə, deməli onları söyürəm? Mən sadəcə olaraq real vəziyyəti izah edirəm. Mənim fikirlərimi isə şişirdib başqa cür təqdim edənlər istəyir ki, bizi baş-başa qoysunlar. Çünki mən və o nazirliklər iqtidardır, ona görə bunu istəyirlər.

Ancaq mən təkcə tənqid etmirəm. Mən neçə dəfə demişəm ki, bu gün Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edir. Onlar bəs bunu nə üçün demirlər? Desinlər ki, Eldar İbrahimov Kənd Təsərrüfatı Nazirliyini dəstəkləyir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm