Sorğunun nəticəsi: ingilis uşaqları bədbəxtdir
Bizi izləyin

Qırmızı.az

Sorğunun nəticəsi: ingilis uşaqları bədbəxtdir

İngiltərədə aparılan bir sorğuya görə, ingilis uşaqlarının dünyanın ən bədbəxt uşaqları sırasında yer aldığı ortaya çıxıb.

"The Children Society" adlı vəqfin yayımladığı "Yaxşı uşaqlıq" adlı hesabatında İngiltərə uşaqlarının 39 ölkənin iştirak etdiyi və bədbəxtlik, üzüntü ilə bağlı təşkil edilən həmin siyahıda 30-cu yerdə olduğu müəyyənləşib.

Həmin siyahıya Avropa və Amerika ölkələri də daxildir.

Sorğu uşaqların öz həyatını və xoşbəxtliklərini necə dəyərləndirməsinə görə təşkil edilib. Sorğuda iştirak edən 5 min ingilis uşağın nəticəsinə görə, onlar Cəzair, Rumıniya, Cənubi Koreya və Uqandadakı uşaqlardan daha bədbəxtdir.

Anketə görə, 10-13 yaş qrupundakı qızların yüzdə 18-i, oğlanların isə yüzdə 8-i xarici görünüşündən razı deyil.

Pul, mülk, maddi yoxsulluq bədbəxtliyə səbəb olduğu halda, estetik qayğıların da xüsusən yetkin qızlarda depresiyaya səbəb olduğu müəyyənləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm