London taksiləri ilə bağlı yeni qərar
Bizi izləyin

Qırmızı.az

London taksiləri ilə bağlı yeni qərar

Gələn il Bakıda keçiriləcək Avropa Yay Oyunları ilə bağlı London taksiləri ön plana çəkiləcək.

Axar.az xəbər verir ki, 2012-ci ildə keçirilən “Avroviziya” musiqi yarışması zamanı olduğu kimi, bu tədbirlərdə də London taksiləri turistlərə, şəhərin qonaqlarına xidmət göstərəcək.

Məlumata görə, köhnə taksilər şəhərin mərkəzindən, hotellərin, olimpiya stadionunun yerləşdiyi ərazidən kənar yerlərdə fəaliyyət göstərəcək.

Məlum olduğu kimi, bu məqsədlə Bakıya yeni London taksiləri gətiriləcək.

Avropa Yay Oyunları günlərində turistlərin rahatlığını təmin etmək üçün bu taksilərin sayının artırılması qərara alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm