"Sədərək" ticarət mərkəzinə aparan yol açıldı
Bizi izləyin

Qırmızı.az

"Sədərək" ticarət mərkəzinə aparan yol açıldı

Bakı Beynəlxalq Avtovağzalından "Sədərək" ticarət mərkəzinə aparan yolda nəqliyyatın hərəkəti bərpa edilib.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-nə keçən gecə Bakı Dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-dək olan hissəsi ("Sədərək" ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün bağlanmışdı.

Bu gündən etibarən yol artıq nəqliyyat vasitələrinin hərəkəti üçün açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm