2 nəfəri həşərat sancdı
Bizi izləyin

Qırmızı.az

2 nəfəri həşərat sancdı

Ötən gün ərzində təcili yardıma 1776 müraciət olub. Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, ötən gecə baş verən qəzalarda 3 nəfər xəsarət alıb. “Delfin” oteli yaxınlığında baş verən avtomobil qəzasında 17 yaşlı qız döş qəfəsinin küt travması, 25 yaşlı oğlan isə alın travması alıb. Hər iki şəxsə ilkin yardım göstərildikdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Digər qəza Ramana qəsəbəsində baş verib. Hadisə nəticəsində 25 yaşlı oğlan qapalı kəllə-beyin travması alıb və 3 saylı xəstəxanaya yerləşdirilib.

Ötən gün 2 nəfəri həşərat sancıb. Onlar 26 yaşlı kişi və 12 yaşlı uşaqdır. Hər iki şəxs Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm