Qırmızı.az
Prezident gənclərə müraciət etdi
"Əziz gənclər, sizi və sizin simanızda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) bütün üzvlərini növbəti toplantının işə başlaması münasibətilə təbrik edirəm. Müasir dünyada baş verən proseslərin təhlili göstərir ki, qabaqcıl ölkələrin qazandığı uğurların təməlində, ilk növbədə, elm və təhsil, intellektual, potensial və texnoloji tərəqqi dayanır. Məhz buna görə də Azərbaycan gənclərinin mükəmməl təhsil almaları, öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün bütün əlverişli şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər görürük". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin XII Beynəlxalq Forumunun iştirakçılarına təbrik məktubunda deyib.
Təbrik məktubunu Prezident Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
İlham Əliyev təbrik məktubunda qeyd edib ki, bu məqsədlə paytaxt və
regionlarda fəaliyyət göstərən tədris müəssisələrinin binaları
yenilənərək müasir avadanlıqlarla təchiz edilir, ali məktəblərin
maddi-texniki bazası möhkəmləndirilir, dövrün tələblərinə uyğun
dərsliklər və dərs vəsaitləri hazırlanır: "Təhsil sahəsində həyata
keçirilən ən böyük tədbirlərdən biri də 2007-ci ildə təsdiq edilmiş
Dövlət Proqramı əsasında minlərlə gəncin inkişaf etmiş ölkələrin
qabaqcıl ali məktəblərinə göndərilməsidir. Biz onların Azərbaycana
yüksəkixtisaslı mütəxəssis və bacarıqlı menecerlər kimi qayıtmasını
arzulayırıq. Təqdirəlayiq haldır ki, xaricdə oxuyan tələbələrimiz
elmin əsaslarına dərindən yiyələnmək üçün inadla çalışır, məzun
olub vətənə döndükdən sonra öz biliklərini ölkə həyatının müxtəlif
sahələrində uğurla tətbiq edə bilirlər. Biz həmin gəncləri həm də
Azərbaycanın xaricdəki qeyri-formal elçiləri kimi görmək
istəyirik".
Dövlət başçısı hesab edir ki, onlar yaşadıqları cəmiyyətlərin
ictimai-siyasi və mədəni həyatına sıx inteqrasiya olunmalı,
ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı
ilə bağlı məlumatları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə həqiqətləri tələbə yoldaşlarına, yerli əhaliyə,
dünya ictimaiyyətinə çatdırmaq istiqamətində məqsədyönlü iş
aparmalıdırlar: "Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali
məktəblərdə, şəhər və ölkələrdə təşkilatlanmalı, səfirliklərimiz və
diaspor qurumlarımızla yaxından əməkdaşlıq etməlidirlər. Onların
fəaliyyətini koordinasiya etmək üçün yaradılmış ASAİF də yalnız
Azərbaycanda və Avropanın müxtəlif ölkələrində tədbirlər keçirməklə
kifayətlənməməli, hazırda təhsil alan və məzun olmuş gənclərlə
davamlı iş mexanizmi qurmalıdır. Hesab edirəm ki, Forum
iştirakçıları yuxarıda qeyd olunan məsələlər və xaricdə təhsillə
bağlı digər problemlər ətrafında səmərəli müzakirələr aparacaq,
əməli təklif və tövsiyələr hazırlayacaqlar. Toplantının işinə
uğurlar, hər birinizə təhsil üzrə ictimai və əmək fəaliyyətinizdə
yeni-yeni nailiyyətlər arzulayıram!" (trend)
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?