• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Magistrlar hərbi xidmətə çağırılacaq?

Magistrlar hərbi xidmətə çağırılacaq?

Təhsil naziri Mikayıl Cabbarov magistratura pilləsinə daxil olan gənclərin hərbi xidmətə çağırılması məsələsinə aydınlıq gətirib.

Nazir bu məsələnin aktual olduğunu və parlamentdə də müakirəyə çıxarıldığını bildirib.

"Burada iki həqiqət var. Birinci həqiqət ondan ibarətdir ki, biz sırf təhsil prizmasından yanaşmalıyıq. Təhsildə müəyyən fasilələrin verilməsi fəsadların yaranmasına gətirib çıxarır. Bu, bir həqiqətdir. Digər həqiqət ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitindədir. Müvəqqəti atəşkəs var. Bu zaman ümummili maraq məsələsi əsas götürülməlidir. Biz bu istiqamətdə Səfərbərlik Komitəsi və Müdafiə Nazirliyi ilə işçi səviyyədə müzakirələr aparırıq. Birlikdə ümumi məxrəcə gələ biləcəyik. Bu, dövlət və cəmiyyət üçün mühüm məsələdir".

Dövlət orqanlarının bu məsələ üzərində çalışdığını deyən nazir sonda hərtərəfli müzakirə olunmuş bir qərar veriləcəyinə əminliyini bildirib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR