Gələn il iki rabitə müəssisəsinin mülkiyyət forması dəyişdiriləcək
Bizi izləyin

Qırmızı.az

Gələn il iki rabitə müəssisəsinin mülkiyyət forması dəyişdiriləcək

2015-ci ilin birinci yarısınadək "Aztelekom" və "Bakı Telefon Rabitəsi" İstehsalat birliklərinin mülkiyyət formalarının açıq səhmdar cəmiyyətlərə dəyişdirilməsi gözlənilir. Bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, hazırda rabitə müəssisələrinin özəlləşdirmə öncəsi qiymətləndirilməsi çərçivəsində fəal iş aparılır: "Yaxın vaxtlarda auditin keçirilməsi üçün konsaltinq şirkətinin cəlb edilməsi planlaşdırılır. Bu ilin sonunda, yaxud 2015-ci ilin əvvəlində bu müəssisələrin mülkiyyət formalarının dəyişdiriləcəyini gözləyirik".

Başlanğıc mərhələdə dövlət operatorlarının vahid telekommunikasiya şirkətində - səhm paketinin 100 faizi dövlətə aid olacaq açıq səhmdar cəmiyyətdə birləşdirilməsi gözlənilir. Sonrakı mərhələdə Açıq Səhmdar Cəmiyyətində pay özəlləşdirməyə çıxardılacaq ki, bu da bazarda özəl şirkətlərin və onların fəaliyyətini nizama salan orqanın meydana çıxmasına imkan yaradacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qiymətləndirmələrinə görə, "Aztelekom" İB-nin dəyəri bir milyard dolları ötəcək. Nazirliyin perspektiv planlarına İB-nin tabeliyində olan bütün müəssisələrin özəlləşdirilməsi daxildir. Bundan sonra nazirlik Azərbaycanın telekommunikasiya bazarında istisnasız olaraq tənzimləyici rolunda çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm