Qırmızı.az
Nazirlik qadın polis axtarır
Daxili İşlər Nazirliyi işçi qəbulu elan edir. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, daxili işlər naziri general-polkovnik cənab Ramil Usubov tərəfindən cari ilin sentyabr ayının 27-də Lənkəran şəhərində bölgə üzrə keçiriləcək vətəndaşların qəbulu zamanı daxili işlər orqanlarında xidmətə qəbulla bağlı müraciət etmiş şəxslərin Lənkəran şəhər-rayon Polis Şöbəsinin inzibati binasının həyətində düzülüşü təşkil ediləcək.
Polisdə xidmətə qəbulla əlaqədar Lənkəran, Cəlilabad, Masallı,
Astara, Yardımlı və Lerik rayon sakinlərinin qəbulu nəzərdə
tutulub. Xidmətə qəbulla əlaqədar müraciət edənlər aşağıdakı
şərtlərə uyğun olmalıdırlar.
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi
xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), yaşı
20-dən aşağı, 30-dan yuxarı olmayan;
- boy ölçüsü 180 sm. (qadınlar üçün 170 sm);
- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;
- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil
nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az
olmayan sürücülük stajı olan, kompyuterdən istifadə etməyi bacaran
şəxslər;
- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR