• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qayın yeznəsini öldürdü, özü isə xəsarət aldı

Qayın yeznəsini öldürdü, özü isə xəsarət aldı

Göygöl rayonunda qohumların mübahisəsi ölümlə nəticələnib. Göygöl rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, 32 yaşlı Urfan Rzayev yeznəsi, Gəncə şəhər sakini, 29 yaşlı Kamil Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Özü isə döş qəfəsindən aldığı çoxsaylı xəsarətlər nəticəsində Gəncə şəhər xəstəxanasına yerləşdirilib.

Rayon prokurorluğundan Publika.az-a bildirilib ki, hər iki şəxsin ailəsindən verilən məlumata görə, hadisə ailə-məişət zəminində yaranıb. Urfan Razayev kürəkəni Kamil Rüstəmovu bacısına görə öldürüb.

Mübahisə zəminində qayınla yeznənin sözü çəpləşib. Onlar məsələyə aydınılq gətirmək üçün görüşüblər. Hadisə zamanı ikisində də bıçaq olduğundan bir-birinə xəsarət yetiriblər. Kamil Rüstəmov çoxlu qan itirdiyinə görə hadisə yerindəcə keçinib.

Qeyd edək ki, yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Urfan Rzayevin vəziyyəti ağır olduğundan hələ onun ifadəsini almaq mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR