Bir gündə üç nəfər dondu - Bakıda
Bizi izləyin

Qırmızı.az

Bir gündə üç nəfər dondu - Bakıda

Ötən gün Bakı ərazisində 14 nəfər yıxılaraq zədə alıb

Ötən gün Bakı ərazisində 14 nəfər yıxılaraq zədə alıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, yıxılanlardan 10 nəfərin vəziyyəti ağır olduğu üçün onlar xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərinin vəziyyəti daha ağırdır. Onlar kəllə-beyin travması alıblar. Digər xəsarət alanların 2 nəfərinə yerində təcili yardım göstərilib, digər 2 nəfər isə xəstəxanaya getməkdən imtina edib.

Z.Vahidova qeyd edib ki, küçədə yaşayan kimsəsiz şəxslərin donvurması ilə bağlı 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların birinə ümumi soyuqlama, digərinə aşağı ətrafların donması diaqnozu qoyulub. 3-cü şəxs isə sərxoş halda olub. Müraciət edilənlərin hər biri xəstəxanaya yerləşdirilib və lazımi köməklik göstərilib.

Qeyd edək ki, fevralı ayının 3-də Bakıda 10 nəfərdən çox insan buzlu yollarda yıxılaraq zədə alıb. "Çağırışların çoxu qadınlarla bağlıdır”, - deyə Zemfira Vahidova bildirib.

Şaxtalı hava ilə bağlı ən çox çağırış yanvarın 31-də olub. Həmin gün 35 insan travma alıb. Onların 29-u xəstəxanaya yerləşdirilib. Yıxılanlardan 3-nə ilkin tibbi yardım göstərilib. 3 nəfər isə xəstəxanaya getməkdən imtina edib.

Yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son 3 gün ərzində - yanvarın 31-i, fevralın 1-2-də 60-a yaxın müraciət daxil olub. Bu müraciətlərin arasında buzlu payataxt yollarında baş verən qəzalarda xəsarət alanlarla bağlı müraciətlər də var.

Zemfira Vahidova onu da əlavə edib ki, hazırda təcili yardımla bağlı heç bir problem yoxdu. Hazırda təcili yardım stansiyasının xüsusi təyinatlı maşınları xidmət göstərir. Həmin avtomobillər qış rejiminə tam hazırdı.

“İstənilən vaxt təcili yardımla bağlı xidmət göstərməyə hazırıq”, - deyə Zemfira Vahidova əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm