Bakıda 13 yaşlı uşaq polisi ayağa qaldırdı
Bizi izləyin

Qırmızı.az

Bakıda 13 yaşlı uşaq polisi ayağa qaldırdı

Paytaxt ərazisində silsilə oğurluq cinayəti törədən 13 yaşlı uşaq saxlanılıb. Yasamal rayonu 26-cı polis bölməsindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakini, 13 yaşlı oğlan (R.G- yetkinlik yaşına çatmadığından adı açıqlanmır) Yasamal rayon sakinləri - Zaur Mirzəyev, Vaqif Verdiyev və Elçin İsmayılovun avtomobilindən külli miqdarda pul, qızıl-zinyət əşyaları, mobil telefon oğurlayıb.

Sonra da qarşısına çıxan mağazaları və mənzilləri hədəfə alan13 yaşlı uşaq zərərçəkən Rauf Əliyev və Təranə Həsənovaya məxsus mağazalardan külli miqdarda pul, tütün məmulatı və ərzaq məhsulları, Azər Həsənovun mənzilindən isə qızıl əşyalar oğurlayıb.

Hazırda onun vətəndaşlara vurduğu ziyanın miqdarı araşdırılır. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm