Millət vəkili müəllimləri ziyarət etdi və onlara söz verdi
Bizi izləyin

Qırmızı.az

Millət vəkili müəllimləri ziyarət etdi və onlara söz verdi

Millət vəkili Qənirə Paşayeva Tovuzun böyük təhsil ənənələrinə malik və rayonun ən yaxşı təhsil göstəriciləri olan məktəblərindən olan Bozalqanlı kəndində müəllimləri, müəllim ailələrini ziyarət edib, qayğı və problemlərlə maraqlanıb.

Millət vəkili gənclərimizin təhsilli, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. Müəllimlərlə görüşdə millət vəkili Qənirə Paşayeva başa çatmış dərs ilinin nəticələri, kənddə tələbə adını qazanan gənclərin sayı, onların göstərdiyi nəticələr ilə maraqlanıb və gələn tədris ili ilə bağlı müəllimlərin fikir və qayğılarını da dinləyib. Millət vəkilinə məlumat verilib ki, bu il orta məktəbi bitirən 59 nəfərdən 45 -i ali məktəblərə qəbul olunmq üçün müraciət etmiş, onlardan 29 nəfəri yaxşı ballarla ali məktəblərə daxil olmuşlar. Bundan başqa gənclərdən 4 nəfəri texnikumlara daxil olmuşlar.

Bu göstəriciləri müsbət adlandıran və müəllimləri təbrik edən millət vəkili Bozalqanlı məktəbinin hər zaman fərqləndiyini və yaxşı təhsil ənənələrinə malik olduğunu söyləyərək gələn il bundan daha da yaxşı nəticələr gözləyəcəklərini və buna ümid etdiyini deyib.

Qənirə Paşayeva bu il tələbə adını qazanmış gəncləri ayrıca təbrik edəcəyini vurğulayaraq, teknikuma, peşə məktəblərinə üz tutan gənclər və onların göstəriciləri ilə də maraqlanıb. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək gələn il göstəricilərin bundan daha da yaxşı olacağına inandığını deyib.

Məktəbin vəziyyəti ilə də maraqlanan millət vəkili Qənirə Paşayevaya müəllimlər böyük təhsil ənənələri olan Bozalqanlı kəndinin məktəb binasının yaxşı vəziyyətdə olmaması və yeni məktəb binasına ciddi ehtyac olması və bu istiqamətdə millət vəkili kimi dəstək göstərməsini xahiş ediblər.

Məktəbi ziyarət edən millət vəkili məktəbə dəfələrlə baş çəkdiyini və doğurdan da müasir standartlara uyğun yeni məktəb binasına ehtiyacı olduğunu bildirərək bununla bağlı Təhsil naziri Mikayıl Cabbarova və hökumətə millət vəkili kimi xahiş və müraciət edəcəyini və bu müraciətə müsbət yanaşılacağına ümid etdiyini də vurğulayıb. Millət vəkili kənddə eyni zamanda bu il tələbə adını qazanmış bir sıra gənclərlə, şagirdlərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb.

Millət vəkili onlara öz kitablarını imza ilə hədiyyə də edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm