İsrailin Lod şəhərində "Xocalıya Ədalət" fotosərgisi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İsrailin Lod şəhərində "Xocalıya Ədalət" fotosərgisi - FOTOLAR

Dünən ilk dəfə olaraq, İsrailin mərkəzində yerləşən Lod şəhər sakinləri Azərbaycanın müasir tarixinin ən kədərli və qanlı səhifələrindən biri ilə - qanlı Xocal qətliamı ilə tanış oldular. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının ("Azİz") mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, fotosərgi Heydər Əliyev Fondunun və Lod şəhəri bələdiyyəsinin dəstəyi ilə bu assosiasiya tərəfindən təşkil olunmuşdur.

Xocalı faciəsinə həsr olunmuş tədbirdə əslən Azərbaycandan olan insanlar, həm də orta yaşlılar, gənclər və yeniyetmələr iştirak edirdi. Tədbiri Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, advokat İlana Laytman açmışdır. Onu qeyd edək ki Laytman bu tədbirin təşəbbüskarıdır və eyni zamanda "Yəhudi Evi" partiyasının fəal üzvülərindəndir və Lod şəhəri çoxlu azərbaycan əsilli insanların yaşadığı bir məkandır.

Sonra çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman qeyd etmişdir ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir. ” Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilərək yandırılmışdır. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Erməni silahlı birləşmələrinin əməlləri nəticəsində 613 nəfər qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin–qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə məruz qalmışlar”- Salman demişdir.

Xocalıya həsr olunmuş fotosərginin açılışına gələn İsrail parlamentinin deputatı Şuli Mualem tədbir iştirakçıları qarşısında çıxış edərək, sərgidə gördüklərindən öz hiddətini gizlədə bilmədi. "İnanıram ki, Xocalıya ədalət zəfər çalacaq və azərbaycanlı qaçqınların hüquqları bərpa olunacaqdır, həm Xocalıda həlak olanların xatirəsi xalqın yaddaşında həmişəlik qalacaq" - İsrailli millət vəkili qeyd edib.

Fotosərgidə çıxış edən Lod şəhərin meri Yair Revivo qeyd etmişdir ki, Xocalı soyqırımına həsr olunmuş bu sənədli şəkillər, dözülməz, dəhşətli səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açmışdır. " Mən Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini kəskin şəkildə pisləyirəm və qardaş Azərbaycan xalqına dəstəyimi bildirmək istəyirəm" Yair Revivo bildirib.İsrail parlamentinin deputatı Şuli Mualem, Lod şəhərin meri Yair Revivo və digər sərgiyə gələnlər qonaqlar Xocalı faciəsi qurbanlarının xatirə Kitabına ürək sözlərini yazmışlar.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm