Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il sentyabrın 19-da saat 11:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcəkdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm