İnterpolun axtardığı azərbaycanlı cərrah danışdı - FOTO
Bizi izləyin

Qırmızı.az

İnterpolun axtardığı azərbaycanlı cərrah danışdı - FOTO

Rusiyanın "Komsomolskaya pravda" qəzeti 2007-2012-ci illərdə Moskvada işləyən plastik cərrah Elçin Məmmədovu dələduzluqda və insan ölümündə günahlandıraraq İnterpol tərəfindən axtarışa verildiyi barədə məqalə hazırlayıb.


Qəzet "Estet klinika" və "Lanset" klinikasında çalışdığı zaman plastik cərrahiyyə aləmində "rəssam" kimi tanınan doktorun bir neçə qadını bədbəxt etdiyini, birini isə öldürdüyünü yazır. Cərrahın Moskva sakini Anna Spitsına üzərində uğursuz əməliyyat keçirdiyini və xanımın bu günə qədər komada olduğunu iddia edilir. "KP" həmçinin bildirir ki, 2012-ci ildən sonra Elçin Məmmədov həbs olunacağını bildirdikdən sonra Rusiyadan qaçaraq Azərbaycana gəlib.


ANS PRESS araşdırması isə digər məqamları üzə çıxardı. Məlum olub ki, professor Elçin Məmmədov Azərbaycana qayıtdıqdan sonra bu günə qədər Bakıda yerləşən "Caspian İnternational Hospital"da estetik cərrah vəzifəsində işləyir. ANS PRESS müxbirinin suallarını cavablandıran Elçin Məmmədov İnterpol xətti ilə axtarışda olmasına aydınlıq gətirib.


"Mən çox məşhur cərraham, dünyanın bir çox ölkələrindən əməliyyat olunmaq üçün mənim yanıma gələnlər var. Məhz buna görə də orada işləməyim üçün klinikanın rəhbərliyi mənimlə əlaqə saxlayıb razı saldı. Orada əməliyyat zamanı anestezoloq dozanı artıq etdiyinə görə Anna Spitsına komaya düşüb. Burada mənim heç bir günahım yoxdur. Bu hadisədən sonra mən həmin klinikadan ayrılmaq istədiyimi bildirdim. Onlar dedilər ki, əgər getsəm baş vermiş hadisəni mənim üzərimə atacaqlar. Əlbəttə ki, mən bunlara fikir vermədim və çıxıb getdim. Annanın həyat yoldaşı Kirili polis bölmələrinə və televiziyalara çağıraraq tələb edirlər ki, onların istədiklərini desin. Kirilin burada heç bir rolu yoxdur. Məhkəmə keçirildi və qərar çıxdı ki, mənim günahım yoxdur Anna anestezoloqun günahından bu vəziyyətə qalıb", - deyə Elçin Məmmədov bildirib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Rusiyada İnterpolun axtarışa verdiyi azərbaycanlı cərrahın kliinakada çalışmasına aydınlıq gətirib. Mətbuat katibi bildirib ki, Səhiyyə Nazirliyi özəl müəssisələrin kadr siyasətinə müdaxilə etmir. "Birinci növbədə bu haqda başqa qurumlar maraqlanmalıdır, Səhiyyə Nazirliyi axtarışda olan insana görə cavabdeh deyil", - deyə Anar Qədirli bildirib.


Məsələ ilə əlaqəli olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla də əlaqə saxladıq. Ehsan Zahidov bildirib ki, Elçin Məmmədovun işi ilə bağlı araşdırma aparılır.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm