Bakıda mənzilə basqın edən maskalılar tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda mənzilə basqın edən maskalılar tutuldu

Paytaxtın Xətai rayonunda 3 nəfərdən ibarət dəstə üzvü mənzilə basqın edib. Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsindən Publika.az-a verilən məlumata görə, cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Ümid Cəfərov ,onun qardaşı Mirağa Cəfərov və dostu Amid Qasımov tutulub. Onlar rayon ərazisindəki mənzilə daxil olub, ev sahibi Nail Rzayevin əl-ayağını bağlayıblar. Sonra da ona hədə-qorxu gəlib pul və qızıl-zinət əşyaları tələb ediblər. Beləliklə, dəstə üzvləri evdən tapdıqları qızıl üzük və mobil telefonu götürüb aradan çıxıblar.

İstintaqa ifadə verən dəstə üzvlərindən Ümid Cəfərov deyibi ki, onların üzərində bıçaq da olub. O, evə daxil olan kimi qardaşı ilə birlikdə ev sahibini hədələyib əl-qolunu bağlayıb. Dostu isə məzilin altını üstünə çevirib.

Qeyd edək ki, dəstə üzvləri mənzilə soxularkən maskalı olublar.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm