Bəzi dərslər birbaşa teatrda keçirilsin - TƏKLİF
Bizi izləyin

Qırmızı.az

Bəzi dərslər birbaşa teatrda keçirilsin - TƏKLİF

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Himayəçilər Şurasının üzvü, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovla əməkdaşların görüş-treninqi keçirilib.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Publika.az-a verilən məlumata görə, A.Nemətov Bilik Fondunun yaradılmasının Azərbaycan üçün önəmli hadisə olduğunu deyib:

“Prezident İlham Əliyev belə bir fondun yaradılması ilə çox böyük və gərəkli addım atdı. Bilik Fondunun fəaliyyətində akademik Kamal Abdullanın da böyük rolu var. Bacarıqlı insanların bir arada olması cəmiyyətimizin bilik qazanmasına təkandır”.

Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafından danışan A.Nemətov gənclərin teatra marağının artırılması üçün Bilik Fondunun görəcəyi işlərə də ehtiyac olduğu vurğulayıb.

A.Nemətov görüşdə bəzi təkliflər də irəli sürüb. Rejissor deyib ki, keçmişimizi gələcəyə təqdim etmək, dahi şair və yazıçılarımızın, elm və incəsənət xadimlərinin həyat və yaradıcılığını əks etdirən saytlar yaratmaq yaxşı olar.

Görüşdə Fondun icraçı direktoru Oktay Səmədov da maraqlı təklif səsləndirib: “İstərdik ki, tələbə və şagirdlərin teatrlarla əlaqəsini daha da möhkəmləndirək. Bakı Slavyan Universitetinin belə bir təcrübəsi var: “Auditoriya +” layihəsi çərçivəsində tələbələrin ədəbiyyat üzrə məşğələləri teatr tamaşalarını izləməklə keçib. Bu təcrübəni genişləndirməyə dəyər. Qoy, bəzi dərslər birbaşa teatrda keçirilsin. Tələbə və şagirdlər dərsin mövzusuna aid tamaşaya baxsınlar,sonra da aktyorlarla müzakirələr aparılsın”.

A.Nemətov irəli sürülən təklifi bəyəndiyini, bununla bağlı lazımi köməyi edəcəyini deyib, Bilik Fondunun əməkdaşlarını TXİ-nın yeni açılacaq tamaşa zalında premyeraya dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm