Oğurladıqları avtomobili yandırdırlar
Bizi izləyin

Qırmızı.az

Oğurladıqları avtomobili yandırdırlar

Bakıda avtomobili oğurlayıb, sonra da onu yandıran Bakı şəhər sakinləri tutulub.

Nizami Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, saxlanılan Xəyal Sultanov və Ramin Zeynalzadə rayon sakini Əlibaba Daşdəmirova məxsus “ZAZ” markalı avtomobili qaçırıblar. Bir müddət idarə etdikdən sonra qaçırdıqları avtomobili sənədləri ilə birlikdə Binə əsəbəsində yandırıblar. Polis əməkdaşları hadisənin baş verdiyi yerə baxış kemirən zaman avtomobili “Zeytunluq” adlandırılan ərazidə yanmış vəziyytədə aşkar ediblər.

Xəyal Sultanov və Ramin Zeynalzadə barəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm