Cibgirlik edən gənc tutuldu
Bizi izləyin

Qırmızı.az

Cibgirlik edən gənc tutuldu

Polis cibgirlik edən gənci tutub.

Qaradağ Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 21 yaşlı Emin Mirzəyev hadisəni Lökbatan qəsəbəsində törədib. O, Bakı şəhər sakini Qabil İsayevin cibindən 100 ABŞ dolları olan pul kisəsini götürərək qaçıb.

Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 10-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şabran rayon sakini, Emin Mirzəyev tutularaq istintaqa cəlb olunub. Saxlanılarkən onun üzərindən istehlak miqdarından artıq marixuana da götürülüb.

O, istintaqa ifadəsində bildirib ki, cibgirliyi narkotikə olan təlabatını ödəmək üçün törədib. Belə ki, sərnişinlərin cibindən götürdüyü pullarla narkotik alıb.

Qaradağ Rayon Polis İdarəsində Emin Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm