Dəmiryol xəttində yanğın olub - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Dəmiryol xəttində yanğın olub - YENİLƏNİB

Tovuzda dəmiryol xəttində baş verən yanğınla bağlı Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədovla əlaqə saxladıq. Qurum rəsmisinin Publika.az-a verdiyi məlumata görə, hadisə Tovuzun Qovlar kəndi ərazisində baş verib.

Onun sözlərinə görə, dəmir yolunun yanında olan ot sahəsi yanıb və dəmir yoluna heç bir ziyan dəyməyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Gülnar Əliyeva

11:23

Tovuzda dəmiryol xəttində yanğın olub. Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, yanğın qatarların intensiv hərəkət etdiyi dəmiryol xəttində baş verib.

Qəfildən xəttin üzərindəki şalban alışaraq yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Onlar tezliklə alovun qarşısını ala biliblər.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm