• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Uşağı məktəbə gedənlərin nəzərinə

Uşağı məktəbə gedənlərin nəzərinə

Yeni tədris ilinin başlanmasına 10 gündən az vaxt qalıb. Ailələrin məktəb təlaşı çoxdan başlayıb. Məktəbli çantası, geyimi, ləvazimatlar alınıb. Xüsusən də, ilk dəfə məktəbə gedəcək uşaqlar və onların ailələri daha həvəslidir və həyəcanla həmin günü gözləyirlər.

Amma uşaqlarınızın məktəbə tam hazır olması üçün ona aldıqlarınız qədər, psixoloji olaraq hazırlamağınız da vacibdir. Çünki azyaşlılar üçün məktəbə getmək bəzən çox faciəvi görünə bilər. İllərdir adət etdikləri rahatlığın əllərindən alınması, saatlarla valideynlərdən ayrı qalmaları onları çox narahat edir.

Publika.az Türkiyə mətbuatına istinadən uşağı məktəbə hazırlamağın 8 qızıl qaydasını təqdim edir.

1.Uşaqlara məktəbdə bir çox yeni şey öyrənəcəklərini sadə bir dillə başa salmağa çalışın. Uşaqlar öyrənməyə maraqlı olduqlarından, bu məsələni elə bir dillə aşılamaq lazımdır ki, onların diqqətini çəksin.

2. Bu vaxta qədər öyrəşmədiyi insanlarla bir yerdə olmaq, başqa bir mühitə düşmək onlarda narahatlıq yarada bilər. Ona həmyaşıdları ilə birlikdə olacağını, yeni dostlarının olacağını deyin.

3. Hətta valideynlər bu məsələdə çətinlik çəkirsə, mütəxəssislərdən məsləhət almağa çalışmalıdır. İlk dəfə məktəbə gedən uşağa məktəbin önəmindən danışmayın. Çünki bu zaman məktəb onun üçün daha da sıxıcı görünə bilər.

4. Valideynlərin uşaqlara məktəblə bağlı danışacaqları üst-üstə düşməlidir. Bundan başqa, valideynlər məktəb məsələsində uşağın qarşısında mübahisə etməməlidir.

5. Bu vaxta qədər ata-anası, dayəsinə öyrəşmiş uşaq üçün müəllim yad kimi görünə bilər. Ancaq uşağa müəllimin ana-atasının demədiyi maraqlı şeylər danışacağını aşılatmağınız lazımdır.

6. Evindən saatlarla ayrılması uşaqda narahatlıq yarada bilər. Ona məktəbin ayrılıq yaratmayacağını, oradan öyrəndiklərini evdə gəlib valideynlərinə danışacağının daha maraqlı bir hal olduğunu izah edin.

7. Uşaq evə qayıtdıqdan sonra onun necə gün keçirməsi ilə maraqlanın. Etdiyi gözəl hərəkətləri təqdir edin, çox danışmasına imkan yaradın.

8. Uşaqlar üçün hər şeydən vacib ata-ana sevgisidir. Məktəbə gedəndə bu sevginin azalacağını düşünə bilərlər. Bu hissləri yaşamaması üçün onu çox istədiyinizi tez-tez deyin.

Ekspertlərin fikrincə, bu cür yanaşdıqda, sadalananlara əməl etdikdə, uşağın məktəblə bağlı yanlış fikirlərinin aradan qalxacağını görəcəklər.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR