Qırmızı.az
Qubada iki qəzada 6 nəfər xəsarət alıb
Bu gün axşam saatlarında Quba rayonu ərazisində baş
verən iki yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət
alıb.
Quba-Xınalıq yolunun 22-ci km-də, rayonun Küsnətqazma kəndi
ərazisində qeydə alınan qəzada 4 nəfər xəsarət alıb. Qayadan qopan
iri daş parçaları 53 yaşlı Quba rayon sakini, Səftər Bağırovun
idarə etdiyi “Opel” markalı maşına çırpılıb. Xəsarət alan şəxslər
Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. İlkin tibbi
yardımdan sonra onlar ambulator müalicə üçün evə
buraxılıb.
Quba-Xaçmaz yolunun 8-ci km-də, Quba rayon sakini 48 yaşlı
Elxan Haşımovun idarə etdiyi “Naz-Lifan” markalı avtomaşının ağaca
çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan 2 nəfər
sərnişin Quba MRX-ya yerləşdirilib. Onların vəziyyətlərinin orta
ağır olduğu bildirilir.
Hər iki faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar
aparılır.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!