Moskvada bazar yanında kütləvi dava
Bizi izləyin

Qırmızı.az

Moskvada bazar yanında kütləvi dava

Moskvanın dairəvi yolunun 14-cü km-də yerləşən “Sadovod” bazarı yaxınlığında polis taksi sürücüləri arasında kütləvi davanın qarşısını ala bilib.

Dava barədə məlumat polisə ötən gün Bakı vaxtı ilə 20.46-da daxil olub. Hadisə yerinə yollanan bir neçə polis naryadı kütləvi davanın qarşısını alıb. İnsident nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. “Hadisə yerində polis davanın 40-dək iştirakçısını saxlayıb”, deyə polisdən bildirilib.

İlkin məlumata görə, taksi sürücüləri arasında toqquşma park yerlərinə görə baş verib.

Polisdəki mənbənin məlumatına görə, davada iki etnik qrupunun “Sadovod” və “Ptiçiy” bazarları ətrafında taksi fəaliyyəti ilə məşğul olan 100-dən çox nümayəndəsi iştirak edib. Məlumata görə, dava zamanı tərəflər soyuq və travmatik silahdan istifadə edib. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm