Yola səpilən su üstündə bıçaqlanma
Bizi izləyin

Qırmızı.az

Yola səpilən su üstündə bıçaqlanma

Cəlilabad rayonunda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Göytəpə qəsəbəsində meyvə-tərəvəz mağazalarından birinin qarşısında baş verib. Biləsuvar rayonunda qohumlarının toyundan qayıdan 37 yaşlı Göytəpə qəsəbə sakini Mirqoşqar Mirşamil oğlu Mürsəlov avtomobili ilə sözügedən dükanın qarşısından keçərkən satıcı Ramal Bağırovun yola səpdiyi su Mirşqoşqarın avtomobilinin içinə tökülüb. Avtomobili saxlayan sürücü ilə satıcı arasında mübahisə əlbəyaxa davaya səbəb olub.

Qarın və baş nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alan Mirqoşqar Mürsəlov yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Hazırda onun vəziyyətini həkimlər orta ağır qiymətləndirir.

Faktla bağlı hələ ki, saxlanılan olmasa da Cəlilabad Rayon Polis şöbəsində araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm