Çində 5 min it öldürüldü
Bizi izləyin

Qırmızı.az

Çində 5 min it öldürüldü

Çində 5 minə yaxın it öldürülüb.

ANS PRESS-in məlumatına görə, ölkənin cənub-qərbindəki Yunnan əyalətində quduzluq xəstəliyinin epidemiyaya çevrilməsinin qarşısını almaq üçün itləri öldürməyə başlayıblar. Əyalət rəhbərliyi son 3 ayda 5 nəfərin quduzluqdan öldüyünü açıqlayıb.

Çinin Longling qəsəbəsi və Longyang bölgəsində də it dişləmələrinin sayı artıb.

Son bir həftədə 4 min 900 itin öldürüldüyü bildirilib. Küçə və ev itlərinin ovuna çıxan Çin höküməti əhaliyə ev heyvanlarına nəzarəti gücləndirməklə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, quduzluq xəstəliyi Çində 2 nömrəli xəstəlik sayılır. Belə ki, Çin əhalisinin bir qismi quduzluğu ən təhlükəli xəstəlik sayır. Təkcə 2006-cı ildə Çinin Şangdong əyalətində ən azı 16 nəfər bu xəstəlikdən ölüb.

Xəstəlik insanlara heyvanların dişləməsindən və çirmaqlamasından keçə bilir. Statistikaya görə, dünyada quduzluq xəstəliyi ən çox itllərin dişləməsindən sonra meydana gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm